"Yuventus"un gözü "Atalanta"nın futbolçusuna düşüb

"Atalanta"nın futbolçusu Lorenzo Bernaskoni "Yuventus"un maraq dairəsindədir.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Nikola Şikira məlumat yayıb.

22 yaşlı oyunçu cari mövsüm meydana çıxdığı 37 matçda 3 asistlə yadda qalıb.

Qeyd edək ki, L.Bernaskoninin dəyəri 15 milyon avrodur.