"Yuventus"un yeni baş məşqçisi bəlli olub
"Yuventus" klubunun yeni baş məşqçisi Lusiano Spalletti olub.
Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano məlumat yayıb.
Spalletti son olaraq İtaliya millisini çalışdırıb.
Qeyd edək ki, "Yuventus" hazırda İtaliya A Seriyasında 12 xalla 8-ci pillədə yer alır.