"Yuventus"un yeni transferi tibbi müayinədən uğurla keçib

"Aston Villa"nın yarımmüdafiəçisi Duqlas Luiz yaxın günlərdə "Yuventus"un futbolçusu olacaq.

Sportline.az jurnalist Fabritsio Romanoya istinadla xəbər verir ki, 26 yaşlı futbolçu Turin klubunun tibbi müayinəsini uğurla tamamlayıb.

"Yuventus"un bu transfer qarşılığında Birminqem klubuna göndərdiyi Samuel Aylinq və Enzo Barreneçea da lazımı tibbi müayinələrdən keçiblər.

Qeyd edək ki, "Qoca sinyora" bu 2 oyunçudan əlavə "Aston Villa"ya 28 milyon avro ödəyəcək.