"Zadəgan" "canavara"a çevriləcək

"Çelsi"nin hücumçusu Romelu Lukaku "Roma"ya keçməyə yaxındır.

Sportline.az xəbər verir ki, Roma klubu 30 yaşlı belçikalını 5 milyon avroya icarəyə götürmək üçün londonlularla danışıqlar aparıb. "Roma" bu gün müqaviləni tamamlamağa ümid edir.

Lukaku ötən mövsüm "İnter"də icarə əsasında çıxış edib. O, komandanın heyətində bütün yarışlarda 37 oyuna çıxıb, 14 qol vurub və 7 məhsuldar ötürmə edib.