"Zadəgan" "tülkü" oldu

"Çelsi"nin yarımmüdafiəçisi Çezare Kasadei karyerasını "Lester"də davam etdirəcək.

Sportline.az xəbər verir ki, “tülkülər” 20 yaşlı italyanı icarəyə götürməyə razılaşıb.

Sövdələşmənin bu həftə tamamlanacağı da bildirilir. Futbolçu yaxın vaxtlarda tibbi müayinədən keçəcək.

Kasadei 2022-ci ilin yayında "İnter"dən "Çelsi"yə keçib.