Zaniolo "Yuventus"a keçir
Nikolo Zaniolo "Roma"nı tərk edə bilər.
Sportline.az xəbər verir ki, İtaliya millisinin üzvünün "Yuventus"a keçidi gündəmdədir. Paytaxt klubu ilə 2023-cü ilə qədər sözləşməsi olan 23 yaşlı futbolçu "Roma"nın yeni müqavilə təklifini qəbul etməyib. "Canavarlar" gələcəkdə pulsuz buraxmaq yerinə onu indi yüksək məbləğə satmağı düşünür. "Roma" Zaniolo üçün 50 milyon avro tələb edir. "Yuventus" vingeri öncə 1 illik icarəyə götürüb, daha sonra birdəfəlik transfer etmək niyyətindədir.
Zaniolo 2018-ci ildən "Roma"da oynayır.