Zapata "Roma"ya keçə bilər
"Atalanta"nın hücumçusu Duvan Zapata karyerasını başqa klubda davam etdirə bilər.
Sportline.az xəbər verir ki, 32 yaşlı kolumbiyalını “Roma” icarəyə götürmək istəyir. Müqaviləyə mövsümün sonunda satınalma variantı daxil olacaq.
Zapata ötən mövsüm bütün turnirlərdə 27 oyuna çıxıb , 2 qol vurub və 5 məhsuldar ötürmə verib.