Zaxarovadan UEFA-ya atmaca
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova UEFA-nı qınayıb.
Sportline.az xəbər verir ki, UEFA-nın Rusiya - Ukrayna müharibəsinə görə Rusiyaya tətbiq etdiyi anksiyanı pisləyib.
“Əgər UEFA özü üçün bunun idman deyil, siyasi təşkilat olduğu qənaətinə gəlibsə, o zaman statusu, simvolları dəyişmək lazımdır. Əks halda, bütün UEFA sonsuz olaraq siyasiləşdirilmiş oyunlar ətrafında fırlanacaq və bu struktura daxil edilmiş əsas məqsəd və vəzifələrə münasibətdə dağıdıcı fəaliyyət göstərəcək”, - TASS Zaxarovadan sitat gətirib.
Qeyd edək ki, sentyabrın 26-da UEFA 17 yaşadək futbolçulardan ibarət Rusiya millilərinin öz himayəsi altında yarışmasına icazə verib. Rusiya komandaları bayraq və himndən istifadə etmədən matçlarını neytral ərazidə keçirməli idilər. Amma daha sonra Ukrayna, İngiltərə, Polşa, Latviya, İsveç, Danimarka, Norveç və Litva rusların iştirak etdiyi yarışlarda çıxış etməyəcəklərini bildiriblər. Bu da UEFA-nın qərarına təsir edib. Ardınca futbol qurumu Rusiyanın gənclərdən ibarət komandalarının turnirlərə buraxılması ilə bağlı qərarını ləğv etdiyini açıqlayıb.