"Zenit" 15 milyon avroluq təklifə "yox" dedi

"Zenit" "Flamenqo"nun braziliyalı yarımmüdafiəçi Klaudinyonu transfer etmək təklifini rədd edib.

Sportline.az xəbər verir ki, "Flamenqo" 26 yaşlı futbolçunun transferi üçün 15 milyon avro ödəməyə hazırdı, lakin Sankt-Peterburq klubunun rəhbərliyi futbolçunun satılmadığını açıqlayıb.

Braziliya klubu geri çəkilmək niyyətində deyil. "Flamenqo" rəhbərliyi danışıqları davam etdirmək üçün Rusiyaya mümkün səfər variantını nəzərdən keçirir. 

Klaudinyo 2021-ci ildən "Zenit" də oynayır, onun hazırkı müqaviləsinin müddəti 2027-ci ilin iyununda başa çatır.