"Zenit" 50 milyon avro istəyir

"Zenit" Malkomun transferi üçün 50 milyon avrodan çox almaq istəyir.

Sportline.az xəbər verir ki, daha əvvəl Sankt-Peterburq klubunun yarımmüdafiəçisinin transferində Səudiyyə Ərəbistanından "Əl-Hilal"ın maraqlı olduğu bildirilirdi. 

Braziliyalının müqaviləsindəki sərbəst qalma bəndi 50 milyon avrodan çoxdur. Ona görə də klub dörd il ərzində oyunçunun bütün xərclərini ödəmək istəyir.Bunun üçün də 50 milyon avrodan çox məbləğə satmaq istəyirlər.