"Zenit" braziliyalını istəyir
"Zenit" 17 yaşlı cinah yarımmüdafiəçisi "Korintians"dan almağa hazırlaşır.
Sportline.az xəbər verir ki, komanda Pedro dos Santosu almaq niyyətini bildirib və yaxın həftələrdə rəsmi təklif göndərəcək.
Söhbət 17 milyon avrodan gedir və Braziliya klubu futbolçunun növbəti satışından da məbləğin bir hissəsini tələb edə bilər.
Bu həftənin sonunda agentlərin futbolçunun ailəsi ilə görüşəcəyi ehtimal edilir.