"Zenit" heyətini müdafiəçi ilə gücləndirib

"Zenit" "Krasnodar"da çıxış edən 21 yaşlı futbolçu Serqey Volkovu heyətinə qatıb.

Sportline.az Sankt-Peterburq klubunun rəsmi saytına istinadla xəbər verir ki, gənc futbolçu ilə müqavilə 2028-ci ilə kimi imzalanıb.

Tranfer məbləği 5 milyon avro təşkil edib.

Serqey Volkov "Krasnodar" klubunun yetirməsidir.O, buğaların əsas komandasında 2022-ci ildən çıxış edirdi.Transfermark portalında futbolçunun dəyəri 4.5 milyona avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Volkov ötən mövsüm "Krasnodar"da 29 oyunda çıxış edib və 3 məhsuldar ötürmə ilə yadda qalıb.