"Zenit" "Lokomotiv"lə Maksim Qluşenkovun transferi ilə bağlı razılığa gəlib

"Zenit" heyətini rusiyalı hücumçu Maksim Qluşenkovla gücləndirib.

Sportline.az xəbər verir ki, bu barədə Championat.com saytı məlumat yayıb.

Yaxın günlərdə tərəflər arasında rəsmi müqavilənin imzalanacağı gözlənilir.

Maksim "Çertanovo" klubunun yetirməsidir.Oyunçu 2023-cü ildən Moskva klubunda çıxış edir.

Qeyd edək ki, 24 yaşlı futbolçu bu mövsüm keçirdiryi 38 oyunda 8 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb.Futbolçunun "Lokomotiv"lə müqaviləsi 2026-cı ilə qədərdir.