"Zenit" "Neftçi" ilə oyun üçün Bakıya səfər edəcək
Bu il milli komandanın oyunları üçün qalan iki fasilənin hər birində "Zenit" bir yoldaşlıq oyunu keçirməyi planlaşdırır.
Sportline.az xəbər verir ki, oktyabrın 1-4 tarixində Rusiya çempionunun səfərdə “Kayrat”la, noyabrda isə “Neftçi” ilə yoldaşlıq matçı üçün Bakıya səfəri nəzərdə tutulub.
2023/24 Rusiya çempionatının 7 turundan sonra "Zenit" 14 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Sankt-Peterburq komandası son 5 mövsümdə ölkə çempionu olub.