"Zenit" sabah onun transferini açıqlayacaq
"Zenit" sabah "Srvena Zvezda"dan Strahini Erakoviçin 7 milyon avroya transferini açıqlayacaq.
Sportline.az xəbər verir ki, Serbiya millisinin müdafiəçisi artıq Sankt-Peterburqa gəlib.
22 yaşlı futbolçu ilə müqavilə 3 il müddətinə bağlanacaq. Futbolçunun maaşı 1,1 milyon avrodur.
Eyni zamanda, Erakoviç növbəti mövsümün ilk yarısını icarə əsasında “Crvena Zvezda”da keçirəcək. Daha əvvəl "Spartak" müdafiəçini transfer etmək istəyirdi.