"Zenit" türkiyəli futbolçu ilə maraqlanır

"Zenit"in Malkomun yerinə ala biləcəyi daha bir futbolçunun adı açıqlanıb.

Sportline.az xəbər verir ki, "Zenit" "Marsel"in sağ cinah oyunçusu Cengiz Ünderlə maraqlanır.

26 yaşlı türkiyəli cinah oyunçusu karyerasını Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunda davam etdirəcək Malkomun əvəzləyicisi kimi nəzərdən keçirilir.

Under 2021-ci ilin yayında "Roma"dan icarə əsasında "Marsel"ə keçdi və bir il sonra Fransa klubu onu 8,4 milyon avroya aldı.

“Marsel”in heyətində 26 yaşlı yarımmüdafiəçi 93 oyuna çıxıb, 18 qol vurub və 12 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Türkiyə millisinin heyətində 49 oyun keçirib və 16 qol vurub.