"Zenit" yeni transferə hazırlaşır

Mario Fernandez "Zenit"ə keçir.

Sportline.az xəbər verir ki, ÇSKA-nın keçmiş müdafiəçisi azad agent kimi müqavilə imzalayacaq.

Mario yeni klubunda ildə 2,5 milyon avro alacaq. O, iyulun 10-da Sankt-Peterburqa gələcək və hətta Rusiya Superkubokunda ordu komandasına qarşı oynaya biləcək.