"Zenit"də yeni futbolçu
“Lokomotiv”in hücumçusu Uilson İsidorenin maraqlarını təmsil edən agent Harold İçbia müştərisinin karyerasını “Zenit”də davam etdirə biləcəyi barədə məlumatı təsdiqləyib.
Sportline.az xəbər verir ki,, “Lokomotiv” futbolçu ilə "Zenit", ÇSKA və "Krasnodar"ın maraqlandığını bildirmişdi.
“Bəli, biz bunun üzərində işləyirik. Onun transferi yalnız "Zenit"ə mümkündür. ÇSKA və "Krasnodar"a isə qətiyyən yox" - deyə Harold bildirib.
Avropa transfer pəncərəsi bitməmiş 23 yaşlı fransalı Rusiyanı tərk edib, daha sonra isə “Lokomotiv” hücumçunun klubun yerinə qayıtmaqdan imtina etdiyini bildirib .
İsidore 2022-ci ilin yanvarından "Lokomotiv"də çıxış edir. Futbolçu "dəmiryolçular"ın heyətində 42 oyun keçirib, 19 qol vurub, 7 məhsuldar ötürmə edib.