"Zenit"dən "Rostov"a

"Rostov" "Zenit"in müdafiəçisi İlya Kirşlə müqavilə imzalayıb.

Sportline.az xəbər verir ki, 18 yaşlı rusiyalı 2023/24 mövsümünü icarə əsasında "Rostov" komandasında keçirəcək.

Kirş "Zenit"in yetirməsidir. Bu mövsüm futbolçu “Zenit-2”nin 6 oyununda iştirak edib və xüsusilə effektli olmayıb.