"Neftçi" "Sumqayıt"a qalib gəldi, "Zirə" "Qəbələ"yə uduzdu
Azərbaycan Premyer Liqasında 5-ci turun oyunları davam edir.
Sportline.az xəbər verir ki, bu gün 2 matç keçirilib. Lider "Zirə" səfərdə "Qəbələ" ilə qarşılaşıb. "Zirə" bunadək 4 oyunun hamısında qalib gəlsə də, bu matçda 0:1 hesabı ilə uduzub. "Qəbələ" isə ölkə çempionatından 4 matçdan sonra ilk qələbəsini qazanıb.
Günün son görüşündə "Sumqayıt" "Neftçi"ni qəbul edib. Bu komandalar arasında son 9 matçda "Sumqayıt" qələbə qazana bilməmişdi. Bu oyunda da "Neftçi" qalib gəlib - 1:0.
Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.
2 sentyabr (şənbə)
20:30. “Sumqayıt” – “Neftçi” - 0:1
Qol: Dieqo Valdez, 74 (0:1)
Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Kamal Umudlu
“Kapital Bank Arena”
18:00. “Qəbələ” – “Zirə” - 1:0
Qol: Rauf Hüseynli, 20 (1:0)
Hakimlər: Cavid Cəlilov, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu
3 sentyabr (bazar)
17:00. “Kəpəz” – “Araz-Naxçıvan”
Hakimlər: Kamran Əliyev, Rəhman İmami, Teymur Teymurov, Əli Əliyev
Gəncə şəhər stadionu
19:30. “Səbail”– “Qarabağ”
Hakimlər: Kamranbəy Rəhimov, Elşad Abdullayev, Zöhrab Abbasov, İslam Məmmədov
“ASCO Arena”
1 sentyabr (cümə)
19:00. “Sabah” – “Turan Tovuz” - 0:3
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Zirə | 5 | 4 | 0 | 1 | 5-2 | 12 |
| 2 | Turan Tovuz | 5 | 3 | 0 | 2 | 9-6 | 9 |
| 3 | Neftçi | 5 | 2 | 2 | 1 | 5-3 | 8 |
| 4 | Sumqayıt | 4 | 2 | 1 | 1 | 7-4 | 7 |
| 5 | Qarabağ | 4 | 2 | 1 | 1 | 6-3 | 7 |
| 6 | Sabah | 4 | 1 | 1 | 2 | 6-5 | 4 |
| 7 | Səbail | 4 | 1 | 1 | 2 | 6-8 | 4 |
| 8 | Araz Naxçıvan | 4 | 1 | 1 | 2 | 4-6 | 4 |
| 9 | Kəpəz | 4 | 1 | 1 | 2 | 2-4 | 4 |
| 10 | Qəbələ | 5 | 1 | 0 | 4 | 2-11 | 3 |
Bombardirlər:
Martin Petkov ("Turan Tovuz") - 3 qol
Adama Diakabi ("Qarabağ") - 2 qol
Abdullah Zubir ("Qarabağ") - 2 qol
Olavio Juninyo ("Qarabağ") - 2 qol
Rövlan Muradov ("Sumqayıt") - 2 qol