"Zirə" Tanzaniya klubuna qarşı

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Zirə" bu gün sonuncu yoxlama oyununu keçirəcək.

Sportline.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçi olduğu komanda Tanzaniya təmsilçisi "Simba" ilə üz-üzə gələcək.

"Vonresort" otelin meydançasında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Qeyd edək ki, "Zirə" daha əvvəl Türkiyənin "Fatih Karagümrük" komandası ilə qolsuz heç-heçə edib. Bakı klubu Azərbaycanın Premyer Liqasının I turunda "Qarabağ"ın qonağı olacaq.