Zorlamada təqsirli bilinən futbolçu Fransa klubunda
Benjamin Mendi karyerasını Fransada davam etdirəcək.
Sportline.az klubun saytına istinadən xəbər verir ki, "Mançester Siti"nin sabiq futbolçusu "Loryan"la anlaşıb.
O, yeni klubu ilə azad agent statusunda 2 illik müqavilə bağlayıb.
Qeyd edək ki, 28 yaşlı müdafiəçi 2021-ci ildə zorlamada təqsirli bilindiyinə görə "Mançester Siti"dən uzaqlaşdırılmışdı.