1-ci liqanı tərk edəcək komanda müəyyənləşir
Bu gün Azərbaycan 1-ci liqasında mövsümün sonuncu – 27-ci turuna start veriləcək.
Sportline.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Bu matçlardan sonra yarışı tərk edəcək və turnirdə qalmaq uğrunda pley-off oynayacaq komandalar bəlli olacaq.
Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Şimal” “Cəbrayıl”la qarşılaşacaq. Xaçmaz təmsilçisi bu görüşdə xal itirəcəyi halda yarışı sonuncu pillədə başa vuracağı dəqiqləşəcək və liqanı tərk edəcək.
Digər görüşdə isə 9-cu sırada qərarlaşan “Difai” MOİK-in qonağı olacaq. “Difai” bu oyunda qalib gələrsə, 1-ci liqada qalmaq uğrunda pley-offda oynamaq şansı qazanacaq.
Xatırladaq ki, reqlamentə əsasən 1-ci liqanı tərk edəcək komanda yeni mövsümdən 2-ci liqada mübarizə aparır. 9-cu yerin sahibi isə 2-ci liqada mövsümü 2-ci yerdə tamamlayan komanda ilə pley-off oyunları keçirir.
21 may (cümə axşamı)
Azərbaycan I Liqası
27-ci tur
17:00. “Cəbrayıl” – “Şimal”
Şamaxı OİK stadionu
17:00. MOİK – “Difai”
Binə qəsəbə stadionu
22 may (cümə)
16:00. “Zaqatala” – “Şəfa”
17:00. “Şahdağ Qusar” – “Baku Sportinq”
17:00. “Mingəçevir” – “Səbail”
