19 yaşlı futbolçunun meneceri "Barselona"ya xəbərdarlıq edib

19 yaşlı futbolçunun meneceri "Barselona"ya qalıcı transferlə bağlı xəbərdarlıq edib.

Sportline.az idman jurnalisiti Fabritsio Romanonun paylaşmına istinadla xəbər verir ki, braziliyalı futbolçu Vitro Rekuinin meneceri braziliyalı üçün 50 milyo avro təklif edən klubların olduğunu bildirib.

"Barselona" rəsmiləri Rekui ilə görüşərək klubda qalmaq istəyib istəmədiyini soruşublar. Gənc mərkəz hücumçusu "kataloniyalılar"da xoşbəxt olduğunu və ayrılmaq istəmədiyini deyib. 

Qeyd edək ki, Vitor Rekui bu mövsüm "Barselona" forması ilə çıxdığı 11 oyunda 2 qolla yadda qalıb.