25-ci dəfə Portuqaliya Superkubokunu qazandılar
Portuqaliya Superkubokunda final oyunu keçirilib.
Sportline.az xəbər verir ki, ölkə çempionu “Portu” “Torrense” ilə qarşılaşıb. Matçda "Portu" 1:0 hesablı qələbə qazanıb.
Qalibiyyət qolunu 38-ci dəqiqədə Viktor Froholtd vurub. Nəticədə “Portu” tarixində 25-ci dəfə bu kuboka sahib çıxıb.