26 iyunda çempion olan idmançı qələbəsini belə qeyd etdi

Güc idman növləri üzrə Avrasiya çempionatı keçirilib.

Sportline.az xəbər verir ki, tanınmış idmançı, pauerliftinq üzrə dəfələrə dünya, Avropa çempionu olan Rövşən Xəlilov Azərbaycan Stronqmen Federasiyasının təşkil etdiyi güc idman növləri üzrə Avrasiya çempionatında çıxış edib.

Onun bu uğurlu çıxışı 26 iyun - Silahlı Qüvvələr Gününə təsadüf edib. Çempion idmançımız da öz möhtəşəm qələbə sevincini "hərbi salam" ilə qeyd edərək bu uğurunu bütün hərbiçilərə həsr edib.

Onu da qeyd edək ki, Rövşən Xəlilov FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin zabitidir.