35 min azarkeş 4 saata evakuasiya edilib
Ötən gecə Brüsseldə yaşanan dəhşətli hadisədən sonra azarkeşlərin stadiondan çıxışına məhdudiyyət qoyulub.
Sportline.az xəbər verir ki, Belçika - İsveç matçını izləməyə gələn 35 min futbolsevərin "Rua Boduen" stadionundan evakuasiyası uzun çəkib.
Təhlükəsizlik baxımından vacib sayılan proses 4 saata həyata keçirilib.
Qeyd edək ki, Belşika - İsveç görüşündən əvvəl Brüssel küçələrindən birində iki isveçli azarkeşin qətlə yetirilməsi səbəbindən oyun yarımçıq dayandırılıb.