İtaliya A Seriyasında məsələ tam aydınlaşdı

İtaliya A Seriyası mövsümün bərpası və teleyayım hüquqlarına dair bəyanat yayıb.

 
Sportline.az xəbər verir ki, klub nümayəndələri ilə keçirilən videokonfransda çempionatın iyunun 13-də bərpasına dair təklif razılaşdırılıb. 13-14 iyun tarixlərində 25-ci turdan təxirə salınmış, mart ayında keçirilməli olan "Atalanta" - "Sassuolo", "İnter" - "Sampdoriya", "Torino" - "Parma" və "Verona" - "Kalyari" matçları oynanılacaq. Bütün komandaların oyun sayı eyni olduqdan sonra 20 iyunda çempionat qaldığı yerdən davam edəcək.
 
Son qərar cümə günü İtaliyanın idman naziri və A Seriyasının rəhbərliyi arasında keçiriləcək görüşdən sonra veriləcək.
 
Digər bir məsələ teleyayım hüququna sahib "Sky Sport Italia" və DAZN-la əlaqədardı. Sözgüdən televiziya şirkətləri martdan bəri çempionat dayandırıldığı üçün klublara etdikləri ödəmələrin sonuncu üçdə bir hissəsini tələb edirlər. Böhran vəziyyətində olan klublar isə "Sky Sport Italia" və DAZN-ı əvvəlcədən razılaşdırılmış müqavilə şərtlərinə əməl etməyə çağırırlar.