A Seriyasında mövsümə bu üsulla yekun vurulacaq

İyunun 20-də bərpa olunacaq futbol üzrə İtaliya çempionatı, bu üsulla yekunlaşacaq.
 
Sportline.az xəbər verir ki, A Seriyasında hər gün oyun keçirilməsi planlaşdırılır. Avqustun 2-nə kimi çempionatın tamamlanması üçün bu variantdan istifadə ediləcək.
 
Son məlumatlara görə, 7 müxtəlif başlama saatı müəyyənləşdirilib. Oyunçular İttifaqının tövsiyəsinin nəzər alınacağı və matçların günorta saatlarında keçirilməyəcəyi bildirilir.
 
Bazar ertəsi və cümə oyunların yerli vaxtla saat 21:00-da, çərşənbə axşamı, çərşənbə və cümə axşamı günləri isə 19:00 və 21:00-da başlaması planlaşdırılıb.
 
Şənbə və bazar günləri keçiriləcək oyunların başlama saatları 17:15, 19:30 və 21:45-dir.