Abdülkerim Bardakçı komandada qalacaq
"Qalatasaray" klubunda çıxış edən 29 yaşlı müdafiəçi Abdülkerim Bardakçı komandada qalacaq.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "sarı-qırmızılar"ın rəsmiləri futbolçunun qış transfer pəncərəsində ayrılmayacağını bildiriblər.
"Qalatasaray" rəsmiləri Abdlükerim Bardakçı üçün gələn təklifləri geri çevirdiklərini və mövsüm sonunda yenidən ayrılığı ilə bağlı düşünəcəklərini deyiblər.
Qeyd edək ki, Abdlükerim Bardakçı bu mövsüm "Qalatasaray" forması ilə çıxdığı 32 matçda 5 qolla yadda qalıb.