AÇ: Azərbaycan karateçilərindən 3 "qızıl", 2 "bürünc"
Praqada karate üzrə yeniyetmə və gənclər arasında Avropa çempionatı başa çatıb.
Sportline.az xəbər verir ki, Azərbaycan komandası qitə birinciliyində 3 qızıl, 2 bürünc medal qazanıb.
Vahid Həsənov (+76 kg), Hüseyn Məmmədli (67 kq) gənclərin, Rahib Əzim (+70 kg) isə yeniyetmələrin yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yeniyetmələr arasında çıxış edən komandanın digər üzvləri Aslan Dostuyev (57 kq) və Fatimə Məmmədova (47 kg) isə qitə çempionatında üçüncü yeri tutublar.
Qeyd edək ki, yarışda 48 ölkədən ümumilikdə 1064 idmançı iştirak edib.