AÇ: Millimiz bürünc medal görüşünə çıxacaq

Gənc cüdoçulardan ibarət milli komandamız Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. 

Sportline.az xəbər verir ki, cüdoçularımız təsəlliverici qarşılaşmada Estoniya üzərində qələbə çalıblar - 4:0. 

Komanda üzvlərindən Aytac Qardaşxanlı (70 kq), Elcan Hacıyev (90 kq), Nərmin Əmirli (+70 kq), Ruslan Nəsirli (+90 kq) rəqiblərinə qalib gəlib. 

Bürünc medal uğrunda görüşdə rəqib Almaniya seçməsi olacaq.