AFFA "Qarabağ"ı cərimələdi
Qarabağ” klubu Azərbaycan Premyer Liqasının XV turunda “Qəbələ” ilə keçirilən oyunda meydana kənar şəxsin çıxması səbəbindən cərimələnib.
Sportline.az xəbər verir ki, hadisə Ağdam təmsilçisinin 3:0 hesablı qələbə qazandığı qarşılaşmadan sonra baş verib.
Son çempion buna görə AFFA İntizam Komitəsi tərəfindən 800 manat cərimələnib.
Həmin turda “Sumqayıt” ilə görüşdə “Turan Tovuz”un 5, “Sabah”la matçda isə “Kəpəz”in 4 futbolçusu sarı vərəqə alıb.
Bu səbəbdən qərb komandaları hərəyə 700 manat cərimələnib.