AFFA "Sumqayıt", "Zirə" və "İnter"i cəzalandırdı

Bu gün AFFA-nın İntizam Komitəsinin yığıncağı keçirilib. SportLine.az xəbər verir ki, iclasda Topaz Premyer Liqasının 13-cü turunun oyunlarında baş verənlər müzakirə olunub.

“Sumqayıt” – “Qəbələ” oyununda 4 futbolçusu sarı vərəqə ilə cəzalanan meydan sahibləri 1000 manat cərimə olunub. “Rəvan” – “Zirə” matçında 4 oyunçusu xəbərdarlıq alan qonaqların da cəzası eyni olub.

“İnter” – AZAL qarşılaşmasında isə “bankirlər” eyni səbəbdən 1000 manat ziyana düşüb.

Bu qarşılaşmada “İnter”in futbolçusu Nizami Hacıyev meydançaya protokolda qeyd olunduğu 8 nömrəli forma ilə deyil, 80 nömrəli geyimlə çıxıb. Yarımmüdafiəçi oyunun 12-ci dəqiqəsində hakimin göstərişi ilə formasını dəyişib. İntizam Komitəsi paytaxt təmsilçisinin bu hadisəyə cavabdeh olan şəxslərinin işinə daha məsuliyyətlə yanaşmasını tələb edib.

Banner