Afrika Kubokunda bu gün
Afrika Kuboku bu gün 3 oyunla davam edəcək.
Sportline.az xəbər verir ki, günün ilk qarşılaşması Mərakeş ilə Konqo seçmələri arasında keçiriləcək.
San Pedro şəhərində baş tutacaq görüşün start fiti saat 18:00 da səslənəcək.
Günün digər maraqlı görüşündə Zambiya ilə Tanzaniya milliləri münasibətləri aydınlaşdıracaqlar.
Bu matç da San Perdo şəhərində baş tutacaq. Oyun saat 21 30-da başlanacaq.
Günün son görüşündə isə Cənubi Afrika Namibiya ilə üz üzə gələcək.
Koroqoda keçiriləcək oyun saat 00 00-da başlanacaq.