Ağır atletika millimiz Bakıdadır

Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatından geri çağırılan azərbaycanlı ağır atletlər artıq Bakıdadırlar.

Sportline.az xəbər verir ki, İrəvandan qayıdan Azərbaycan atletlər Gürcüstanın paytaxtı Tbilisidən Azərbaycana yola salınıblar.

Onları gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.

Hava limanında 12 nəfərdən ibarət nümayəndə heyətini media nümayəndələri və idman ictimaiyyəti qarşılayıb.

Qeyd edək ki, turnirin açılış mərasimində Azərbaycan bayrağı yandırıldığı üçün  Ermənistanda olan Azərbaycan idmançıları yarışı tərk ediblər.