Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib
Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında bu gün start götürən gənclər arasında ağırllıqaldırma üzrə Azərbaycan birinciliyinin açılış mərasimi baş tutub.
Sportline.az xəbər verir ki, baş katib Rizvan Rəsulov tədbirdə çıxış edib.
O bildirib ki, çempionatın təşkilində məqsəd ağırlıqqaldırma idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, Respublikanın şəhər və rayonlarında, idman cəmiyyətlərində, klublarında və mərkəzlərində inkişaf səviyyəsinin, perspektivli ağırlıqqaldıranların müəyyənləşdirilməsi, texniki cəhətdən hazırlıqlı idmançıların yığma komandalara seçilməsi, beynəlxalq yarışlara hazırlıqlı idmançıların müəyyən olunmasıdır.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Ardınca federasiyanın vitse-prezidenti Firdovsi Umudov iki hakim - Səbinə Rzayeva və İlham Hüseynova müvafiq Beynəlxalq Dərəcəli Hakim kitabçaları təqdim edib.
Qeyd edək ki, yarış oktyabrın 6-da başa çatacaq.