"Alanyaspor" klubunda baş məşqçi Fatih Tekkenin gələcəyi bəlli olub

"Alanyaspor" baş məşqçi Fatih Tekke ilə bağlı yekun qərarını verib.

Sportline.az Ajansspor.com-a istinadla xəbər verir ki, Akdəniz təmsilçisi 46 yaşlı çalışdırıcı ilə yola davam edəcək.

Tərəflər yeni mövsüm üçün hər məsələdə razılaşıblar.

Fatih Tekke bu mövsüm "Alanyaspor"da 33 matçda 10 qələbə, 13 heç-heçə və 9 məğlubiyyətlə orta hesabla 1,33 xal ortalaması əldə edib.

Təcrübəli mütəxəssis baş məşqçilik karyerasında daha əvvəl "Denizlispor", "İstanbulspor" və "Manisaspor" kimi komandalara rəhbərlik edib.

Qeyd edək ki, yeni mövsüm üçün “Alanyaspor”la müqavilə imzalayan Fatih Tekkenin müqaviləsinə “Trabzonspor”dan təklif gələrsə, ayrılacam” bəndi əlavə edilib.