“Alanyaspor” - “Qalatasaray” oyununun əcnəbi VAR hakimi bəlli olub

Bu gün Türkiyə Super Liqasının 32-ci turu çərçivəsində keçiriləcək “Alanyaspor”-“Qalatasaray” oyununun VAR hakimi müəyyənləşib.

Sportline.az Beinsports.com-a istinadla verir ki, qarşılaşmanın VAR hakimi Portuqaliya Futbol Federasiyasından Fabio Melo olacaq.

Qeyd edək ki, “Alanya Oba Stadion”unda keçiriləcək matçın start fiti bugün saat 21 00-da səslənəcək.