Albert Səlimov: “Karyeramı bitirmək qərarına gəlmişəm”
“Döyüşüm alınmadı. Özümü finalda görürdüm. İnanırdım ki, çempion olacağam. Yəqin ki, qismət deyilmiş”. SportLine.az xəbər verir ki, bu sözləri boks üzrə Azərbaycan seçməsinin üzvü Albert Səlimov deyib.
Olimpiadadakı çıxışını yekunlaşdıran boksçu karyerasını bitirmək qərarına gəldiyini bildirib: “Mənə ümid bəsləyənlərin hamısından üzr istəyirəm. Hamıya təşəkkür edirəm. Düşünürəm ki, artıq karyeramı başa vurmalıyam. Dünənki döyüşdən sonra bu qərara gəlmişəm. Bunu emosia ilə əlaqələndirmək lazım deyil. Mənim artıq 30 yaşım var. Nə baş verdiyini dəqiq deyə bilmərəm, amma psixoloji cəhətdən döyüşə tam hazır deyildim. Boks artıq mənim üçün keçilmiş mərhələdir. Bu barədə heç kimlə danışmaq istəyim yoxdur. Bundan sonrakı həyatıma gəldikdə isə, lazım gələrsə, bostanda da işləyib ailəmi dolandıracağam”.
Səmayə Məmmədova
GİN-in mətbuat katibi