Aleks Oksleyd Çemberleyn İngiltərə klublarının radarına düşüb

Tranfer çalışmalarını davam etdirən "Beşiktaş"da komandadan ayrılacaq oyunçular da adları aydınlaşmağa başlayır.

Sportline.az xəbər verir ki, Türkiyə klubunun futbolçusu Oksleyd Çemberleyn "Şeffild Yunayted" və "Sauthempton" komandalarının maraq dairəsindədir.

"Beşiktaş"da istənilən performansı göstərə bilməyən 30 yaşlı futbolçunun özü də ölkəsinə qayıtmağa müsbət yanaşır.

Türkiyə klubu ilə müqaviləsi 2026-cı ildə başa çatacaq futbolçu bu mövsüm 30 oyunda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Sauthempton"un yetirməsi olan Çemberleyn daha əvvəl "Arsenal" və "Liverpul" kimi klubların formasını geyinib.

İngiltərə millisinin şərəfini 35 dəfə qoruyan təcrübəli futbolçu bu görüşlərdə 7 qola imza atıb.