Alkarasdan maraqlı açıqlama
"Böyük dəbilqə" turnirlərinin beşqat qalibi Karlos Alkaras bu yarışlarda 24 dəfə baş mükafata layiq görülən Novak Coviç haqqında düşüncələrini bölüşüb.
Sportline.az xəbər verir ki, ispaniyalı idmançı serbiyalı həmkarını ən ağıllı tennisçi adlandırıb.
"Düşünürəm ki, Novak ən ağıllı tennisçidir. O, bu idmandan hamıdan yaxşı baş çıxarır. Cokoviç təcrübəsi və kortda davranışı ilə bunu təsdiqləyir", - deyə Alkaras mətbuat konfransında mövzu ilə bağlı sualı cavablandırıb.
Qeyd edək ki, hər iki tennisçi bugünlər Londonda keçirilən "Uimbldon" turnirində mübarizə aparır.