Alleqri "Yuventus"la vidalaşır

Yuventus”un baş məşqçisiMassimiliano Alleqri mövsümün sonunda komandanı tərk edəcək.

Sportline.az xəbər verir ki, bu barədə Turin klubu rəsmi bəyanat yayıb.

Bu haqda sabah Alleqri və klubun direktorlar şurasının rəhbəri Andrea Anyelli mətbuat konfransı təşkil edəcək. Qeyd edək ki, 2014-cü ildən “Yuventus”un “sükanı arxasına” keçən  51 yaşlı mütəxəssis bu müddət ərzində Turin klubuna ardıcıl 5 mövsüm skudettonu qazandırıb.

Bununla yanaşı, “Qoca Sinyora” Alleqrinin başçılığı altında 4 dəfə İtaliya kuboku, 2 dəfə isə ölkə Superkubokunun qalibi olub. 2015, 2016 və 2018-ci illərdə italyan mütəxəss A seriyasında mövsümün ən yaxşı məşqçisi adını qazanıb.

Alleqri İtaliyada ardıcıl 4 dəfə eyni mövsümdə həm ölkə çempionluğunu, həm də kubokunu qazanan ilk məşqçi kimi tarixə düşüb.