Almaniya və İsveçrə yığmaları dördüncü dəfə böyük turnirdə üz-üzə gələcək

Bu gün Avropa çempionatında qrup mərhələsinin III turu çərçivəsində üz-üzə gələcək Almaniya və İsveçrə komandaları daha əvvəl böyük turnirlərdə (dünya və Avropa çempionatları) 3 dəfə qarşılaşıblar.

Sportline.az xəbər verir ki, tərəflər arasında ilk duel 1938-ci ilin dünya çempionatında baş tutub.

Həmin görüş İsveçrə yığmasının 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Daha sonra iki dəfə - 1962 və 1966-cı ilin dünya çempionatlarında üz-üzə gələn millilərin oyununda Bundestim qələbəyə sevinib - 2:1, 5:0.

A qrupunun digər oyunu çərçivəsində qarşılaşacaq Şotlandiya və Macarıstan milliləri heç vaxt böyük turnirlərdə üz-üzə gəlməyiblər.