İtaliyalı baş məşqçi futbolçuya kəllə atıb

İtaliyalı mütəxəsis "Hellas Verona"nın futbolçusuna kəllə atıb.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Lecce" klubunun baş məşqçisi Roberto Daversa görüşün sonlarında "Hellas Verona"nın futbolçusu Tomas Henriyə kəllə atıb.

Baş məşqçinin bu hərəkəti klubdan qovulmasına səbəb olub. İtaliya Futbol Federasiyası baş məqşçi ilə bağlı qərarı isə daha sonra açıqlayacağını bildirib. 

Qeyd edək ki, "Lecce" "Verona" görüşü qonaqların 0-1 hesablı qələbəsi ilə başa çatıb.