Altay Bayındır “Mançester Yunayted” forması ilə debüt oyununa çıxıb
"Fənərbağça"dan "Mançester Yunayted"ə transfer olunan türkiyəli qolkiper ilk matçında qələbəyə sevinib.
Sportline.az xəbər verir ki, türkiyəli qolkiper "Nyuport"la görüşdə əsas heyətdə yer alıb.
Altay Bayındır debüt matçında qapısından 2 top buraxsa da görüş "qırmızı şeytanlar"ın 4-2 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, 2 top fərqi ilə qalib gələn "Mançester Yunayted" növbəti mərhələyə yüksəlib.