Alvarez "Barselona" yolunda

"Atletiko Madrid"in forvardı Xuliyan Alvarez yayda komandasını dəyişmək istəyir.

Sportline.az xəbər verir ki, 26 yaşlı futbolçu "Barselona"nın maraq dairəsidədir.

"Fichajes" nəşrinin yaydığı məlumata görə, Kataloniya klubu bu keçid üçün qarşı tərəfə 100 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, X.Alvarez cari mövsüm meydana çıxdığı 43 matçda 17 qol, 8 asistlə yadda qalıb.