Alveş yeni klubu ilə müqavilə imzaladı

"Barselona"dan ayrılan Dani Alveşin Meksika təmsilçisi "Pumas"a keçidi rəsmiləşib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, 39 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. O, yeni klubuna azad agent kimi qoşulub.

Qeyd edək ki, braziliyalı futbolçu daha əvvəl "Sevilya", "Yuventus", PSJ, "San Paulo" və "Barselona"da  çıxış edib.