Ançellotidən Modriç açıqlaması
“Real Madrid”in italiyalı baş məşqçisi Karlo Ancelotti futbolçusu Luka Modriç barədə danışıb.
Sportline.az xəbər verir ki, Ancelotti jurnalistlərə verdiyi müsahibədə xorvatiyalı ulduz oyunçu haqqında müsbət fikirlər bildirib.
“Luka Modriç möhtəşəm oyunçudur. 39 yaşı olmasına baxmayaraq hələ də yüksək səviyyədə oynayır. O, mənim güvəndiyim futbolçudur”.
Qeyd edək ki, Modriç bu mövsüm 6 matçda iştirak edib.
Xorvatiyalı futbolçunun aktivində 1 məhsuldar ötürmə var.