Ançelotti futbolçuların qumar aslılığı barədə
"Real"ın çalışdırıcısı Karlo Ançelotti qanunsuz mərc oyunları ilə bağlı yaranmış qalmaqaldan danışıb.
Sportline.az İtaliya mətbutına istinadla xəbər verir ki, mütəxəssis ulduz futbolçular Facoli və Tonalinin qumar asılılığından əziyyət çəkməsi ilə bağlı yayılan ittihamlar haqqında danışıb.
“Bu, ciddi səhv idi, bu futbolçular yaxşı deyil, müalicəyə ehtiyacları var. Elmi baxımdan qumar asılılığı xəstəlikdir. Eyni zamanda, hesab edirəm ki, bu, bütün İtaliya futbolunun deyil, ayrı-ayrı insanların günahıdır. Ədalət öz sözünü deyəcək. Məncə, bu uşaqlar aydın bir qaydanı unudublar: mərc etmək qadağandır. Bu sadədir. İşimizə sadiq qalaraq, biz bunu açıq-aydın dərk edirik. Əslində, onlar hər mövsümdən əvvəl bunun qadağan olunduğu barədə xəbərdarlıq edilirlər”, – deyə Ançelotti bildirib.